featured-image-83700

Rumıniyanın “Petrolul” komandasında çıxış edən Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov klubun ən yüksək bazar dəyərinə malik oyunçularından biridir.

Msport.az xəbər verir ki, “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, 23 yaşlı futbolçunun transfer dəyəri 700 min avro təşkil edir.

Hüseynov bu göstəricidə yalnız 750 min avro dəyərində qiymətləndirilən Mark Tsutsudan geri qalır. Azərbaycanlı müdafiəçi yüksək bazar dəyərinə baxmayaraq, nə “Petrolul”da, nə də Azərbaycan millisində əsas heyətin daimi üzvüdür. Bununla belə, o, klubun milli komandaya dəvət alan yeganə futbolçusu kimi diqqət çəkir.

Ümumilikdə, “Petrolul”un heyətinin bazar dəyəri son dörd ayda təxminən 1,5 milyon avro artıb. Mövsümün əvvəlində 5,9 milyon avro qiymətləndirilən komandanın hazırkı dəyəri 7,28 milyon avroya çatıb.

Qeyd edək ki, “Petrolul” Rumıniya çempionatında keçirdiyi 11 oyunda 19 xal toplayaraq turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Bənzər xəbərlər