featured-image-82360

Bu gün futbol üzrə Azərbaycan I Liqasında 2-ci tura start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

“Şahdağ Qusar” Binə qəsəbə stadionunda “Karvan Yevlax”ı qəbul edib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Şahdağ Qusar”ın baş məşqçisi Füzuli Məmmədov ötən mövsüm  “Karvan”a rəhbərlik edirdi.

Turun digər oyunları sentyabrın 10-da və 11-də keçiriləcək.

I Liqa 

9 sentyabr 

16.30. “Şahdağ Qusar” – “Karvan Yevlax” 2:0 

Qollar: İ.Butrif, 15, J.Zenqo, 24

Binə qəsəbə stadionu 

10 sentyabr 

16.30. “Zaqatala” – “Baku Sportinq” 

Zaqatala OİK stadionu 

16.30. “Səbail” – “Mingəçevir” 

Binə qəsəbə stadionu

17:00. “Gəncəbasar” – “Xankəndi” 

Gəncə şəhər stadionu 

11 sentyabr 

16:30. MOİK – “Şimal” 

Binə qəsəbə stadionu 

Bənzər xəbərlər