I Liqa: “Mingəçevir” 2-ci pilləyə yüksəldi
Futbol üzrə Azərbaycan I Liqasında XXII tura yekun vurulub.
Msport.az xəbər verir ki, son oyun günündə üç qarşılaşma keçirilib.
Lider “Şəfa” səfərdə “Baku Sportinq”lə qolsuz bərabərə qalıb.
“Mingəçevir” öz meydanında “Difai”ni məğlub edib – 2:1. Ramiz Məmmədovun komandası bu qələbədən sonra 2-ci yerə yüksəlib.
Günün son oyununda “Səbail” autsayder “Şimal”ın qapısından 4 cavabsız top keçirib. Meydan sahiblərinin heyətində Kamran Quliyev het-trik edib.
Turnir cədvəlinə 49 xala malik “Şəfa” başçılıq edir. “Mingəçevir” 42 xalla 2-ci yeri tutur. “Baku Sportinq”in 41, “Səbail”in isə 40 xalı var.
I Liqa, XXII tur
16 aprel
“Mingəçevir” – “Difai” 2:1
Qollar: Kennet Kalunqa, 33, Abba Usman, 89 (pen) – Kristian Kamta, 49
“Baku Sportinq” – “Şəfa” 0:0
“Səbail” – “Şimal” 4:0
Qollar: Kamran Quliyev, 1, 58 (pen), 90 (pen), Paulo Rikardo, 74







