I Liqada “Ayın qolu”nun müəllifi açıqlandı
Azərbaycan I Liqasında “Ayın qolu” layihəsinin qalibi müəyyənləşib.
Msport.az xəbər verir ki, qalib “Zaqatala”nın futbolçusu Əfqan Əliyev seçilib.
Münsiflər heyətinin seçiminə əsasən, Əliyevin 2-ci turda “Baku Sportinq”in qapısına vurduğu qol digər namizədləri qabaqlayıb.
Ona mükafatı 4-cü turun “Şahdağ Qusar”la matçından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.







