featured-image-52940

“Qarabağ”ın imza atdığı Avropa rekordu rəsmiləşib.

Msport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) avrokubokların əlavə vaxtında ən çox qol vuran komandaların yeni siyahısını dərc edib.

“Qarabağ” rekordla bərabərləşib” adlanan məlumatda Azərbaycan çempionunun tarixə 5-ci komanda kimi düşdüyü əks olunub. Söhbət bir matçın əlavə vaxtında 4 qol vuran klublardan gedir.

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin “Lüdoqorets”lə səfər görüşündə coşub. Bakıda 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri Bolqarıstanda 3:2 hesablı qələbə qazanıb. Əlavə vaxtda Ağam klubu daha 4 qol vurub.

“Qarabağ”a qədər buna 4 komanda nail olub.

1973/74, UEFA kuboku, 1/16 final
“Preşov” – “Ştutqart” – 3:1, əlavə vaxt 0:4
1977/78, UEFA kuboku, 1/16 final
“Lans” – “Latsio” – 2:0, əlavə vaxt 4:0
2016/17, Avropa Liqası, I təsnifat mərhələsi
“Banants” – “Omoniya” – 1:0, əlavə vaxt 0:4
2018/19, Avropa Liqası, III təsnifat mərhələsi
“Zenit” – “Dinamo” Mn – 4:0, əlavə vaxt 4:1
2024/25, Çempionlar Liqası, IIII təsnifat mərhələsi
“Lüdoqorets” – “Qarabağ” – 2:3, əlavə vaxt 0:4

Bənzər xəbərlər