featured-image-46697

Futbol üzrə Azərbaycan II Liqasında 21-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, ilk oyun günündə dörd matç baş tutub.

Çempionatın lideri “Baku Sportinq” öz meydanında “Kürmük”ü böyük hesabla məğlub edib – 5:1. Meydan sahiblərinin heyətində Elgün Abbaslı dubl edib.

2-ci pillədə gedən “Füzuli” səfərdə “Lerik”in qapısından 5 cavabsız top keçirib. Qonaqların heyətində Elvin Nəsibov poker edib.

21-ci tur

15 aprel

“Baku Sportinq” – “Kürmük” 5:1

“Lerik” – “Füzuli” 0:5

“Şahdağ-Qusar” – “Şəmkir” 3:1

“Şəki Siti” – “Göygöl” 2:0

16 aprel 

“Şəfa” – “Kür Araz”

“Ağdaş” – “Cəbrayıl”

18 aprel 

“Dinamo” – “Qusar”

Turnir cədvəlinə 49 xala malik olan “Baku Sportinq” başçılıq edir. 3 xal az toplayan “Füzuli” 2-ci yeri tutur. Hesabında 44 xal olan “Şahdağ-Qusar” 3-cü sıradadır.

 

 

Bənzər xəbərlər