İki oyunun VAR təyinatları
Azərbaycan Premyer Liqasında bu gün keçiriləcək iki oyunun VAR təyinatları açıqlanıb.
Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” – “Kəpəz” matçında İnqilab Məmmədovla Akif Əmirəli, “Sumqayıt” – “Araz-Naxçıvan” görüşündə isə Rauf Cabarovla Namiq Hüseynov iş başında olacaq.
Qeyd edək ki, ilk qarşılaşma saat 16:00-da, ikinci oyun isə 18:00-da başlanacaq.