İlham Əliyev "Qarabağ"ı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə “Qarabağ” klubunu təbrik edib.
Msport.az xəbər verir ki, Prezidentin sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edilib:
“Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!.
“Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”.