İlin ən yaxşıları adına namizədlər - SİYAHI
“Globe Soccer” müxtəlif nominasiyalar üzrə ilin ən yaxşıları adına namizədləri açıqlayıb.
Msport.az xəbər verir ki, ən yaxşı futbolçu, məşqçi və klub olmağa iddiaçılar müəyyənləşib.
Ən yaxşı futbolçu adına namizədlər: Usman Dembele, Əşrəf Hakimi, Desire Due, Xviça Kvaratsxeliya, Nuno Mendeş, Fabian Ruiz (hamısı PSJ), Canluici Donnarumma, Erlinq Haaland (hər ikisi “Mançester Siti”), Viktor Qyökereş, Deklan Rays (hər ikisi “Arsenal”), Aleksandr İsak, Məhəmməd Salah, Florian Virtz (hamısı “Liverpul”), Vinisius Junior, Kilian Mbappe (hər ikisi “Real”), Harri Keyn, Maykl Olise (hər ikisi “Bavariya”), Robert Levandovski, Pedri, Rafinya, Vitinya, Lamin Yamal (hamısı “Barselona”), Lautaro Martines (“İnter”), Skott Maktominey (“Napoli”), Kol Palmer (“Çelsi”).
Ən yaxşı məşqçi adına namizədlər: Xabi Alonso (“Real”), Mikel Arteta (“Arsenal”), Antonio Konte (“Napoli”), Luis Enrike (PSJ), Hans-Diter Flik (“Barselona”), Eddi Hau (“Nyukasl”), Vinsent Kompani (“Bavariya”), Enzo Mareska (“Çelsi”), Roberto Martines (Portuqaliya millisi).
Ən yaxşı klubu adına namizədlər: “Əl-Əhli” (Səudiyyə Ərəbistanı), “Barselona” (İspaniya), “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə), “Kristal Pelas” (İngiltərə), “Flamenqo” (Braziliya), “İnter” (İtaliya), “Liverpul” (İngiltərə), “Napoli” (İtaliya), “Nyukasl” (İngiltərə), “Palmeyras” (Braziliya), PSJ (Fransa), PSV (Niderland), “Piramids” (Misir), “Sportinq” (Portuqaliya), “Tottenhem” (İngiltərə).
Qeyd edək ki, sayca 16-cı “Globe Soccer” mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda keçiriləcək.







