featured-image-77159

Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulur. 

Msport.az xəbər verir ki, bu gün iki oyun keçirləcək.

“Kəpəz” Yevlaxda “İmişli”ni qəbul edəcək. Bu komandaların ilk dövrədəki oyununda “İmişli” 3:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə qolsuz heç-heçə qeydə alınıb.

Turun son oyununda isə “Qəbələ” “Sumqayıt”ın qonağı olacaq. “Karvan Yevlax” dünən qələbə qazanaraq “Qəbələ” ilə xal fərqini 5-ə endirib.

19 aprel (bazar)

Azərbaycan Premyer Liqası, 28-ci tur

15:30. “Kəpəz” – “İmişli” 

18:00. “Sumqayıt” – “Qəbələ”

17 aprel (cümə)

“Zirə” – “Neftçi” – 1:1

“Araz-Naxçıvan” – “Turan Tovuz” – 0:3

18 aprel (şənbə)

“Qarabağ” – “Sabah” – 0:1

“Karvan-Yevlax” – “Şamaxı” – 1:0

Bənzər xəbərlər