featured-image-69685

AFFA İntizam Komitəsi “İmişli” ilə bağlı qərarını açıqlayıb.

Msport.az xəbər verir ki, komitə Premyer Liqanın IV turunda “Sumqayıt”la oyunda adı protokolda olmayan futbolçu oynatdığı üçün texniki məğlubiyyətlə üzləşib.

Belə ki, matçın 67-ci dəqiqəsində İbrahim Əliyev meydana daxil olmuşdu. Bu üzdən “İmişli”yə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bölgə təmsilçisi 5000 manat cərimə də olunub.

Eyni zamanda “İmişli” heyətində 5 nəfər sarı vərəqə aldığı 700 manat və futbolçusu Rafael Vieqaşa görə 3000 manat cərimələnib. 90+4-cü dəqiqədə təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə alan futbolçu 3 oyunluq diskvalifikasiya olunub.

“Sumqayıt” isə azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyi üçün 5000 manat cərimələnib.

Bənzər xəbərlər