featured-image-70013

Azərbaycan Premyer Liqasının VI turunda “İmişli” “Zirə” ilə heç-heçə edib.

Msport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan turun açılış matçında tərəflər hərəyə bir dəfə fərqləniblər.

“İmişli”dən Dioqo Rollo (26), paytaxt təmsilçisindən isə David Volkov (80) adını tabloya yazdırıb. Bu nəticədən sonra “Zirə”nin 12, bölgə kollektivinin isə 8 xalı var.

Qeyd edək ki, günün ikinci matçında “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək.

Bənzər xəbərlər