featured-image-14042

İndoneziyada “Arema” və “Persebaya” komandaları arasında keçirilən oyundan sonra baş vermiş faciənin şahidlərindən biri də “Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq futbolçusu Silvio Junior olub.

Msport.az xəbər verir ki, hazırda “Persebaya”nın formasını geyinən braziliyalı hücumçu “TV Globo”ya açıqlamasında 2 saat paltardəyişmə otağında gözlədiklərini bildirib,

28 yaşlı forvardın sözlərinə görə, stadionda yaşananlar olduqca dəhşətli idi: “Bu mənzərəni sonadək seyr etdik. Ermənistanla müharibə zamanı Azərbaycanda oynamışam. Burada baş verənlər həmin vaxt orada yaşanmayıb”.

Silvio Junior 2020/2021 mövsümündə “Keşlə”də çıxış edib.

Qeyd edək ki, “Arema”nın 2:3 hesablı məğlubiyyəti başa çatan matçdan sonra meydan sahiblərinin azarkeşləri ilə polislər arasında qarşıdurma olub. Hadisə nəticəsində 174 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.

Bənzər xəbərlər