featured-image-77072

FİFA prezidenti Canni İnfantino İranın 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı şərh verib.

Msport.az xəbər verir ki, İran daha əvvəl mövcud geosiyasi vəziyyəti nəzərə alaraq milli komandasının 2026-cı il dünya çempionatından çıxması ehtimalını qeyd etmişdi.

“Əlbəttə ki, İran gəlməlidir. Onlar öz millətini təmsil edirlər. Onlar vəsiqə qazanıblar. Oyunçular oynamaq istəyirlər”, – İnfantino deyib.

İranın G qrupunda Belçika, Yeni Zelandiya və Misirlə qarşılaşması planlaşdırılır.

DÇ-2026 bu yay üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bənzər xəbərlər