featured-image-82868

Zədələr səbəbindən İngiltərə millisinin beş futbolçusu komandanın düşərgəsini tərk edib.

Msport.az xəbər verir ki, qarşıdakı matçlarda milli komandaya “Arsenal”dan Deklan Rays, “Çelsi”dən Koul Palmer, “Mançester Yunayted”dən Markus Reşford və Kobbi Mainu, həmçinin “Nyukasl”dan Tino Livramento kömək edə bilməyəcəklər.

Futbolçuların beşində də zədələr aşkar edilib. İtkilər fonunda İngiltərə millisinin məşqçilər korpusu heyəti iki futbolçu ilə gücləndirmək qərarına gəlib. “Nottingem”in yarımmüdafiəçisi Morqan Gibbs-Vayt və “Everton”dan Ceyms Qarner əlavə dəvət alıblar.

Beləliklə, İngiltərə millisi qarşıdakı Millətlər Liqasının oyunlarını bir neçə əsas oyunçusu olmadan keçirməli olacaqlar.

Bənzər xəbərlər