featured-image-57463

UEFA Millətlər Liqasında VI tura start verilib.

Msppot.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 matç keçirilib.

A liqasında İtaliya ilə Fransa birinci yerin taleyinə aydınlıq gətirib. İlk turda öz meydanında 1:3 hesabı ilə uduzan fransalılar səfərdə eyni hesabla qalib gəliblər. Nəticədə eyni xal toplayan yığmalar arasında lider 1 top fərqlə müəyyənləşib. Fransa millisi 1-ci pilləni tutub.

İngiltərə B liqasında ilk pillədə qərarlaşaraq, yenidən güclülər sırasına dönüb. Komanda son turda İrlandiyanın qapısından 5 cavabsız top keçirib. Eyni nəticə Norveç – Qazaxıstan görüşündə də qeydə alınıb. Qələbə vikinqləri A liqasına yüksəldib.

Qeyd edək ki, tura noyabrın 19-da yekun vurulacaq.

Millətlər Liqası
VI tur, 17 noyabr
A liqası, II tur

23:45. İsrail – Belçika – 1:0
23:45. İtaliya – Fransa – 1:3

1 Fransa 6 4 1 1 12-6 13
2 İtaliya 6 4 1 1 13-8 13
3 Belçika 6 1 1 4 6-9 4
4 İsrail 6 1 1 4 5-13 4

B liqası, II qrup
21:00. Finlandiya – Yunanıstan – 0:2
21:00. İngiltərə – İrlandiya – 5:0

1 İngiltərə 6 5 0 1 16-3 15
2 Yunanıstan 6 5 0 1 11-4 15
3 İrlandiya 6 2 0 4 3-12 6
4 Finlandiya 6 0 0 6 2-13 0

B liqası, III qrup
21:00. Avstriya – Sloveniya – 1:1
21:00. Norveç – Qazaxıstan – 5:0

1 Norveç 6 4 1 1 15-7 13
2 Avstriya 6 3 2 1 14-5 11
3 Sloveniya 6 2 2 2 7-9 9
4 Qazaxıstan 6 0 1 5 0-15 1

C liqası, IV qrup
18:00. Latviya – Ermənistan – 1:2
18:00. Şimali Makedoniya – Farer adaları – 1:0

1 Ş.Makedoniya 6 5 1 0 10-1 16
2 Ermənistan 6 3 1 3 8-9 7
3 Farer ad. 6 1 3 2 5-6 6
4 Latviya 6 1 1 2 4-11 4

Bənzər xəbərlər