“İnter”dən növbəti məğlubiyyət
Minifutbol üzrə Azərbaycan çempionatında VII tur başa çatıb.
Msport.az xəbər verir ki, son gündə daha 4 oyun olub.
Böyük futbol millimizin sabiq oyuçularından qurulan “İnter” bu tur “Qalaxy Bakı”ya uduzub.
Geridə qalan 7 turdan sonra “Zirə” 21 xalla yarışa liderlik edir. “Birbaşa Bakı” 18 xalla ikinci, “Real Bakı” isə 16 xalla üçüncü yerdə qərarlaşır.
Azərbaycan çempionatı
VII tur
“Dinamo Gəncə” – “Real Bakı” 4:6
“Qalaxy Bakı” – “İnter” 6:5
“Siyəzən” – “Atəşgah Suraxanı” 2:5
“Aznur” – “Abşeron” 2:4
Qeyd edək ki, turun ilk gündə keçirilən oyunlarında “Birbaşa Bakı” “Dirçəliş”i, “Zirə” “Baku Fire”ni 7:0, “Odlar Yurdu” “Veteran”ı 3:0, “Sumqayıt” isə “Turan”ı 3:2 hesabı ilə məğlub edib.