“İnter”in aparıcı futbolçusu Milan derbisində olmayacaq
“İnter” İtaliya A Seriyasının XII turunda “Milan”la matça ciddi itki ilə çıxacaq.
Msport.az xəbər verir ki, Denzel Dumfris derbidə iştirak etməyəcək.
29 yaşlı müdafiəçi Niderland millisinin düşərgəsində zədələnib. Onun Çempionlar Liqasında “Atletiko” ilə səfər matçını buraxmaq ehtimalı da var.
Qeyd edək ki, “İnter” noyabrın 23-də “Milan”ı qəbul edəcək. Noyabrın 28-də isə “Atletiko”nun qonağı olacaq.







