“İnter Mayami” MLS-in yarımfinalında
ABŞ-nin Sinsinnati şəhərindəki “Ti-Kyu El Stedium” stadionunda “Sinsinnati” və “İnter Mayami” arasında MLS-in pley-offunun 1/4 final matçı keçirilib.
Msport.az xəbər verir ki, görüş “İnter Mayami”nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində argentinalı oyunçular Mateo Silvetti və Tadeo Allende (dubl) fərqləniblər. Hücumçu Lionel Messi də bir qol vurub və üç məhsuldar ötürmə verib.
Beləliklə, “İnter Mayami” turnirin yarımfinalına yüksəlib. Komanda “Nyu-York Siti” ilə qarşılaşacaq.







