İran futbolçularının ABŞ-yə yollanacağı tarix bilindi
FIFA-nın təşkil edəcəyi 2026-cı il dünya çempionatı ilə bağlı ABŞ tərəfi İran milli komandasının turnirdə iştirak edəcəyini gözləyir.
Msport.az xəbər verir ki, bu barədə ABŞ prezident administrasiyasının dünya çempionatına hazırlıq üzrə işçi qrupunun rəhbəri Endriyu Culliani danışıb.
Onun sözlərinə görə, iranlı futbolçular 10 iyunda ABŞ-a gəlməli, hətta Puerto Riko ilə yoldaşlıq oyunu keçirməlidirlər. Komandanın Tuson şəhərində bazada məşq edəcəyi, daha sonra isə Los-Ancelesdə Yeni Zelandiya və Belçika ilə oyunlar keçirəcəyi, ardınca Sietldə Misirlə qarşılaşacağı bildirilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump daha əvvəl İran millisinin mundialda iştirak etməsinin riskli ola biləcəyini bildirmişdi.
Eyni zamanda İranda da bu məsələ ilə bağlı fikir ayrılığı var: bəzi rəsmilər boykotu dəstəkləyir, digərləri isə komandanın turnirdə iştirakının tərəfdarıdır.







