featured-image-37947

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, sözügedən komanda 8-ci tur çərçivəsində evdə Tirana “Dinamo”su ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyunda 3:0 hesablı qələbəyə sevinib. İsgəndərli oyuna start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.

“Eqnatiya” hazırda 16 xalla 1-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər