İslandiya kapitanını itirdi - millimizlə oyunöncəsi
DÇ-2026-nın seçmə mərhələsinin ilk iki turunda Azərbaycan və Fransa ilə qarşılaşacaq İslandiya yığmasının heyətində itkilər baş verib.
Msport.az xəbər verir ki, Arnar Qunnlauqsson 2 futbolçunu əvəzləyib.
Ən ciddi itki kapitan Orri Oskarssondur. 21 yaşlı hücumçu “Real Sosyedad”ın heyətində İspaniya çempionatında “Ovyedo” ilə oyunda zədələnib. Həmçinin “Al Qarafa”nın müdafiəçisi Aron Einar Qunnarsson da sıradan çıxıb. Onların əvəzinə Hyört Hermannsson və Brinyolfur Villumsson komandaya dəvət ediliblər.
Qeyd edək ki, İslandiya millisi sentyabrın 5-də Reykyavikdə Azərbaycanla, dörd gün sonra isə Parisdə Fransa ilə qarşılaşacaq.