İspaniyadan dünya rekordu
İspaniya millisi İtaliyanın dünya rekodunu təkrarlayıb.
Msport.az xəbər verir ki, İspaniya yığması DÇ-2026-nın VI turu çərçivəsində evdə Türkiyə ilə heç-heçə edib.
Nəticədə komanda məğlubiyyətsiz oyunlar seriyasını 31 matça çatdırıb. Bununla da İspaniya millisi İtaliyanın rekordunu təkrarlayıb. İspaniya 2023-cü ildən etibarən uduzmur. İtaliya isə 2018-2021-ci illərdə eyni göstəriciyə malik olub.
İspaniya son dəfə 2023-cü ilin martında Avro-2024-ün seçmə mərhələsində Şotlandiya ilə görüşdə məğlub olub. Oyun 0-2 hesabı ilə başa çatıb.
Bu müddət ərzində İspaniya millisi 2023-cü il Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.







