featured-image-44848

“Hər matça görə bütün bonusları almışam, maaş problemi yox idi”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın ispaniyalı sabiq futbolçusu Dani Kintana “Canarias 7” nəşrinə açıqlamasında deyib.

37 yaşlı keçmiş yarımmüdafiəçi Ağdam təmsilçisindəki şəraitdən razı qaldığını bildirib: “Qarabağ”ın bütün üzvlərinə minnətdaram. Təşəkkürlərim sonsuzdur. Çox düzgün klubdur. Onlar çox müasirdir, imkanlar inanılmazdır”.

Qeyd edək ki, Dani Kintana 2015 – 2020-ci illərdə “Qarabağ”ın formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan futbolçu 2 dəfə ölkə kubokunu qazanıb.

Bənzər xəbərlər