featured-image-66820

“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Hayduk”un ulduz futbolçusu İvan Rakitiç karyerasını bitirib.

Msport.az xəbər verir ki, Xorvatiya millisinin sabiq üzvü peşəkar futbolla vidalaşmaq qərarına gəlib.

Ancaq 37 yaşlı yarımmüdafiəçi klubda qalacaq. Belə ki, Rakitiç Split təmsilçisində rəhbər vəzifələrdən birini tutacaq.

Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk oyun iyulun 23-də “Neftçi Arena”da, cavab görüşü ayın 31-də “Polyud Stadium”da keçiriləcək.

Bənzər xəbərlər