Jiru Mbappe ilə barışmağa çalışır
“Milan”ın hücumçusu Olivye Jiru Fransa millisinin düşərgəsində komanda yoldaşı Kilian Mbappe ilə münasibətlərini düzəltməyə çalışıb.
Msport.az “L`Equuipe”yə istinadən xəbər verir ki, mənbə futbolçuların münasibətlərinin Avro-2020 öncəsində korlandığını deyib. Lakin Mbappe bu yaxınlarda verdiyi müsahibədə qeyd etmişdi ki, Jirunun Fransa yığmasına gəlməsi ona meydanda PSJ-dən daha çox azadlıq verir.
Jiru milliin toplanışında nahar fasilələrində PSJ-nin hücumçusunun yanında oturub onunla zarafat edib, yenidən münasibətlərin normallaşdırılmasına çalışıb.
Xatırladaq ki, noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatına Fransa son qalib kimi gedəcək.