Juninyo Braziliyaya yola düşdü
“Qarabağ”ın hücumçusu Juninyo Braziliyaya yola düşüb.
Msport.az xəbər verir ki, “Flamenqo”ya transfer olunan 28 yaşlı hücumçu bu gün Rio-de-Janeyro şəhərində olacaq.
Forvard komandanın ABŞ-dəki mövsümöncəsi hazırlıq prosesinə qatılmayacaq.
Qeyd edək ki, “Qarabağ” bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən “köhlən atlar”ın formasını geyinir. Azərbaycan çempionatının və kubokunun qalibi olan oyunçu Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.