featured-image-44700

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını açıqlayıb.

Msport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo da yer alıb.

Ağdam təmsilçisinin üzvü həftənin ən yaxşısı seçilmək uğrunda “Roma”nın italiyalı yarımmüdafiəçisi Stefan El-Şaaravi, “Marsel”in qabonlu forvardı Pyer-Emerik Obameyanq və “Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunyeslə mübarizə aparacaq.

Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Juninyu martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda “Bayer”ə qarşı keçirilən matçda (2:2) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Bayer” ilə “Qarabağ” arasında cavab oyunu martın 14-də Almaniyanın Leverkuzen şəhərində keçiriləcək.

Bənzər xəbərlər