Juninyo Luis Suares və Omar Marmuşdan öndə
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 2024-cü ildə rəsmi oyunlarda ən çox qol vurmuş futbolçuların adlarını açıqlayıb.
Msport.az xəbər verir ki, 100 oyunçu arasında “Qarabağ”ın sabiq hücumçusu Juninyo da var. Qış fasiləsində ölkəsinin “Flamenqo” klubuna keçən braziliyalı forvard ötən il 26 dəfə rəqib qapılarına yol tapıb.
28 yaşlı futbolçu bu göstərici ilə 79-cu pillədə qərarlaşıb. O, Luis Suares və “Mançester Siti”nin yeni transferi Omar Marmuş kimi futbolçuları geridə qoyub.
Juninyo bu qolların 15-ni ölkədaxili yarışlarda, 11-ni isə avrokuboklarda vurub.
Siyahıya 64 qolla İsveç millisinin və “Sportinq”in hücumçusu Viktor Dyökereş başçılıq edir.