featured-image-59425

“Qarabağ”ın hücumçusu Juninyonun İspaniyanın “Sevilya” klubuna transferi tamamlanır.

Msport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Ağdam təmsilçisi braziliyalı futbolçunu satmağa razı olub.

“Sevilya”nın “Qarabağ”a bonuslarla birlikdə 4 milyon avro ödəyəcəyi bildirilir. 28 yaşlı forvard La Liqa klubu ilə 2027 və ya 2028-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, “Qarabağ” Juninyonu 2023-cü ilin yayında Portuqaliyanın “Şaveş” klubundan transfer edib. Təcrübəli oyunçu bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər