featured-image-59715

“Juninyonun düzgün qərar verəcəyinə inanıram”.

Msport.az xəbər verir ki, bunu “Neftçi”nin braziliyalı müdafiəçisi Yuri Matias ölkəsinin “Lance” nəşrinə açıqlamasında deyib.

29 yaşlı müdafiəçi “Qarabağ”da çıxış edən həmyerlisi Olavio Juninyo barədə danışıb.

O, forvardın “Flamenqo”ya keçmək ehtimalını dəyərləndirib: “Azərbaycan futbolunda olanları bütün dünyada gördükləri üçün sevinirik. Bu, hər futbolçu üçün müsbət haldı. Juninyonun keçidinin alınacağına ümid edirəm. Ayrı-ayrı klublarda oynasaq və bir-birimizə rəqib olsaq da, Azərbaycana gələndən bəri Juninyo mənim üçün böyük qardaş olub.

Qeyd edək ki, “Sevilya”nın təklifindən son anda imtina edən Olavio Juninyonun “Flamenqo”ya keçmək ehtimalı yüksək dəyərləndirilir.

Bənzər xəbərlər