Kamal Umudluya daha bir beynəlxalq təyinat
FIFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinat alıb.
Msport.az xəbər verir ki, azərbaycanlı hakim UEFA Gənclər Liqasının Çempionlar yolunun üçüncü raundunda keçiriləcək “Dinamo” (Xorvatiya) – “Benfika” (Portuqaliya) oyununu idarə edəcək.
Ona Namiq Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Filip Draqaşeviç yerinə yetirəcək.
Noyabrın 25-də Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.







