featured-image-85208

“Barselona”nın ulduz futbolçusu  Lamin Yamal Çempionlar Liqasının 5-ci turunda “Sabah”la oyun üçün Bakıya gəlməyəcək.

Msport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

“Vilyareal” ilə matçda zədələnən 18 yaşlı vinger Azərbaycana səfər edəcək heyətdə olmayacaq. O, bərpa prosesi üçün Barselonada qalacaq.

Qeyd edək ki, noyabrın 25-i Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.

Bənzər xəbərlər