featured-image-85206

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək “Sabah” – “Barselona” (İspaniya) oyununa hakim təyinatları açıqlanıb.

Msport.az xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Nikolas Uolşa yan xətt hakimləri Frensis Konnor və Deniel Makfarleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

VAR-da Endryu Dallas, AVAR-da isə Stiven Maklin çalışacaq.

Xatırladaq ki, noyabrın 25-i Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.

Bənzər xəbərlər