featured-image-69655

“Qələbəyə görə çox sevinirik. Xoşbəxtlikdən mən də qol vurdum”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kamilo Duran UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda səfərdə “Benfika”ya qalib gəldikləri (3:2) oyundan sonra deyib.

Matçda ilk qolun ötürməsini verən və ikinci qolun müəllifi olan kolumbiyalı hücumçu UEFA-nın mətbuat xidmətinə açıqlamasında səfər qələbəsini belə şrh edib: “Bilirdik ki, asan olmayacaq, amma səylə çalışdıq və 3 xal qazandıq. Oyuna bir az diqqətsiz başladıq, 0:2 geridə idik, amma təslim olmadıq. Daim irəli getməyə çalışdıq və istədiyimizə qələbə ilə nail olduq”.

Qeyd edək ki, “Qarabağ” Kamilo Duranı bu yay Portuqaliyanın II liqa təmsilçisi “Portimonense”dən transfer edib.

Bənzər xəbərlər