Kannavaronun yeni iş yeri məlum oldu
İtaliya milli komandasının sabiq müdafiəçisi Fabio Kannavaro “Benevento” klubunun “sükanı” arxasına keçəcək.
Msport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Sabah səhər Kannavaronun 2 illik müqaviləyə imza atacağı gözlənilir. Günün ikinci yarısında isə o, komandanı ilə məşqə çıxaracaq.
Kannavaronun son iş yeri 2019-cu ildə rəhbərlik etdiyi Çin yığması olub.
B seriyasında mübarizə aparan “Benevento” 6 turdan sonra 7 xal toplayıb və turnir cədvəlində 13-cü yeri tutur.







