featured-image-77146

İtaliyalı məşqçi Fabio Kapello A seriyasının hazırkı səviyyəsindən narazılığını ifadə edib.

Msport.az xəbər verir ki, əfsanəvi mütəxəssis liqanın ötən illərdən çox geri qaldığllnı deyib:

“İtaliya klublarının avrokuboklardan kənarda qalması reallıqdır. Bəsdir, Premyer Liqa ilə müqayisə etdiniz, bizi bosniyalılar, türklər, norveçlilər mübarizədən kənarlaşdırır. A seriyasında hakimlər tez-tez fit çalıb oyunu saxlayırlar. İstedadlı futbolçular azdır, az qaçırlar və müdafiə pisdir.

Maktominey, Malen, Xoylund xaricdə az-az hallarda oynayırdılar, amma İtaliyada əməlli-başlı səviyyə fərqi yaradırlar.”

Bənzər xəbərlər