Karvaxal Premyer Liqa yolunda
“Real”ın sabiq kapitanı Dani Karvaxal karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Msport.az xəbər verir ki, vasitəçilər 34 yaşlı müdafiəçini “Liverpul” və “Mançester Siti”yə təklif ediblər.
Karvaxal ötən yay “Real”dan ayrıldıqdan sonra klubsuzdur. “Liverpul” və “Mançester Siti” hələlik futbolçu ilə bağlı yekun qərar verməyib. Hər iki klub təcrübəli müdafiəçini transfer haqqı ödəmədən sağ cinahı gücləndirmək variantı kimi nəzərdən keçirir.
Karvaxala “Real”ın sabiq baş məşqçisi Alvaro Arbeloanın rəhbərlik etdiyi “Fulhem” də maraq göstərir. İspaniyalı futbolçu ilə ölkəsinin bir neçə klubu da danışıqlar aparıb. Bundan başqa, MLS, Səudiyyə Ərəbistanı və digər Avropa çempionatlarının təmsilçiləri Karvaxalın xidmətində maraqlıdır.
34 yaşlı müdafiəçi karyerasını davam etdirmək niyyətindədir və hazırda özü üçün ən uyğun variantı seçir.







