featured-image-45207

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının 1\8 final mərhələsində “Bayer”ə iki oyunun nəticəsinə görə, məğlubiyyəti şərh edib. Msport.az xəbər verir ki, rusiyalı qolkiper bu cür uduzmağın ağrıverici olduğunu deyib:

“Bu mücadiləyə qiymət versək, ağrıverici və məyusedicidir. Hər iki oyunda 2:0 öndə olmaq və üstünlüyü əldən vermək… Əlbəttə, bu, adamı ağrıdır. Karyeramda bundan dramatik oyunlar olmuşdumu? Yox, heç bir oyun buna çatmır.

Artıq özümüzə gəlməliyik, bu, keçmişdə qaldı. Təhlil etmək lazımdır, niyə alınmadı, qollara səbəb olan epuzodları incələmək gərəkir. Bu, futboldur”.

Xatırladaq ki, Almaniyada keçirilən matçda “Qarabağ” 2:0 öndə olsa da, “Bayer” 3 qol vuraraq, 1\4 final mərhələsinə yüksəldi.

Bənzər xəbərlər