featured-image-13415

Belçika milli komandasının futbolçusu Kevin de Brüyne Uelslə bu gün Millətlər Liqasının oyunundan əvvəl maraqlı fikirlər səsləndirib.

Msport.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi bu komanda ilə üz-üzə gəlməkdən bezdiyini deyib:

“Mənə elə gəlir ki, beynəlxalq karyeramın yarısı Uelsə qarşı görüşlərdə keçib. Bu, bir qədər darıxdırıcıdır. Uelsə qarşı 12 oyunda meydana çıxmışam. Bu hər dəfə demək olar ki, eyni komandadır”.

Belçika Uelslə DÇ-2022-nin, AÇ-2016-nin, DÇ-2014-ün seçmə mərhələlərində, həmçinin AÇ-2016-nın final mərhələsində üz-üzə gəlib.

Bənzər xəbərlər