Kasemironun maaşı azaldılır
“Mançester Yunayted” braziliyalı futbolçusu Kasemiro ilə mövcud şərtlərlə müqaviləni uzatmağı planlaşdırmır.
Msport.az xəbər verir ki, futbolçunun həftəlik maaşı təxminən 300 min funt sterlinq təşkil edir.
Klub yarımmüdafiəçiyə əməkhaqqının azaldılması ilə bağlı yeni təklif irəli sürüb. Əgər tərəflər razılığa gəlməsələr, ayrılıq qaçılmaz olacaq.
Qeyd olunur ki, Kasemironun artıq bir neçə təklifi var. Onların arasında Səudiyyə Ərəbistanından gələn və daha sərfəli maliyyə şərtləri təklif edən variantlar da mövcuddur.







