featured-image-44776

“Qəbələ” Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə “Sabah”a 1:2 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Texniki tərəfdən yaxşı oyun nümayiş etdirdik. Hücumların yekunlaşması ilə bağlı problemlərimiz var. 3-4 metrdən topu qapıya vura bilmirik. Digər məsələ isə odur ki, 75 dəqiqə oynayırıq. 75-ci dəqiqədən sonra ehtiyatdan meydana daxil olan futbolçular oyunu gücləndirməlidir. Bununla da bağlı problemlər var. Ümumi götürəndə yaxşı oynadıq. Pressinqi yaxşı edirdik. Bunun sayəsində qol vurduq. Rəqibin hücumçusu Davit Volkov səviyyəli futbolçudur, Gürcüstan millisində oynayır.

– 3 oyuna çıxmısız və hamısında məğlub olmusuz. Düşünmürsüz ki, gərək gəlməzdim?

– Evdə oturmaqdansa, işləmək yaxşıdır. Hələ ki, karyeramı bitirmək fikrində deyiləm. Hara gəldiyimi bilirdim. Hər üç oyunda pis oynamamışıq. Futbolçumuz 2 metrdən topu qapıya vura bilmirsə, burada söhbət ustalıq səviyyəsinin aşağı olmasından gedir.

– Qapıda rotasiya etmişdiz. Bu, nə ilə bağlı idi?

– 2 oyunda 7 qol buraxmışıq. İkinci qapıçımız da var. Ona şans verməliyik ki, özünü göstərsin. Rəşad Əzizlinin bu gün kobud səhvi olmadı. Amma elə anlar olur ki, qapıçı komandanı xilas etməlidir.

– Gözəl oyun olsa da, nəticə yoxdur. Çıxış yolunu nədə görürsünüz?

– Əlbəttə ki, yaxşı oyuna görə xal vermirlər.

Bənzər xəbərlər