featured-image-41691

Yanvar 7-də AFFA-nın və Azərbaycan Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Msport.az xəbər verir ki, tədbirdə çıxış edən AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev layihənin regionlarda və kəndlərdə idmanın, futbolun inkişafına dair yerinə yetirilməsi istiqamətində atılmış addımların davamı olduğunu, belə tədbirlərin digər regionlarda keçiriləcəyini vurğulayıb.

Layihə çərçivəsində AFFA tərəfindən tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədilə idman geyimləri və futbol topları verilib.

Tədbirdə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti Asif Əliyev, baş katibi Asim Xudiyev, AGİN-in əməkdaşı Cavid Cahangirzadə və Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə iştirak edib.

Bənzər xəbərlər