Kenni komandasını “Sabah”dan üstün sayır
“Cütün favoriti hesab olunmurduq”.
Msport.az xəbər verir ki, bunu İrlandiyanın “Sent-Patriks”in baş məşqçisi Stefen Kenni UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah”la cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri görüşü şərh edib: “Oyunçularımla fəxr edirəm. Cütün favoriti hesab olunmurduq. Qələbə qazandığımız üçün şadam. “Sabah”ın yüksək səviyyəli futbolçuları var. Rəqib komanda görüşə daha yaxşı başlamışdı. Lakin hər iki görüşdə qalib gəlməyimiz, məncə, rəqibindən üstün olduğumuzu sübut etdi”.
Qeyd edək ki, İrlandiyada keçirilən ilk matçda 0:1 hesabı ilə uduzan “bayquşlar” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb