featured-image-53160

“Kəpəz” bu gün “Səbail”ə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının IV tur oyununa itkilərlə çıxacaq.

Msport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tural Rzayev ilə Rojerio Santos oyunu buraxacaq. Sonuncu “Qarabağ” ilə matçda, Rzayev isə məşq prosesində zədələnib. Bu futbolçuların müalicəsi davam edir.

Qeyd edək ki, “Səbail” – “Kəpəz” qarşılaşması saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər