featured-image-47291

“Kəpəz”in üç futbolçusu bu gün “Qəbələ”yə qarşı keçirəcəkləri Premyer Liqanın XXXII tur matçında iştirak etməyəcək.

Msport.az-ın məlumatına görə, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Georgi Papunaşvili, Amil Yunanov və Vusal Məsimov zədə səbəbindən meydana çıxmayacaq.

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək.

Bənzər xəbərlər