featured-image-47845

“Kəpəz”in 16 yaşadək oğlanlardan ibarət komandası növbəti 10 ev oyununu azarkeşsiz keçirəcək.

Msport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

U-16 liqasında baş tutan “Kəpəz” – “Qəbələ” matçı bitdikdən sonra Gəncə təmsilçisinin iki azarkeşi meydana daxil olaraq rəqib komandanın futbolçularını vurub. Uşaq və gənclər liqalarında pul cəriməsi olmasa da, azarkeşlərin hərəkətinə görə müstəsna hal kimi Gəncə klubu 500 manat cərimələnib.

Bundan əlavə, “Kəpəz”in 4 futbolçusu İntizam Komitəsi tərəfindən ağır cəzalandırılıb. Rəqib həmkarlarını vuran Tunar Əfəndiyev 4, Cavanşir Əliyev və Rahib Qurbanov isə hərəyə 6 oyunluq diskvalifikasiya edilib. Cavanşirlə Rahibin cəzaları bütün liqalara şamil olunacaq.

“Kəpəz”in digər futbolçusu Yəhya Muradov isə qarşılşamnın 78-ci dəqiqəsində rəqib futbolçunu təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

Bənzər xəbərlər