featured-image-44334

“Kəpəz” üçün alınan avtobus kluba təhvil verilib.

Gəncə təmsilçisindən “Report”a verilən məlumata görə, avtobus əsas komandanın istifadəsində olacaq. Nəqliyyat vasitəsi Cənubi Koreyanın dünyaca tanınmış “Daewoo” şirkətinin istehsalıdır.

Avtobus klubun rənglərinə uyğun formada bəzədilib, üzərində Kəpəz dağı əks olunub.

Avtobus “Kəpəz 100k” layihəsindən yığılan maliyyə və klubun vəsaiti hesabına alınıb

“Kəpəz” PFK üçün əldə olunan nəqliyyat vasitəsi ilə bağlı maliyyə hesabatı yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.

Bənzər xəbərlər