“Kəpəz” “Gəncəbasar”ı məğlub edə bilmədi
“Kəpəz” Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək “Gəncəbasar”la yoxlama oyunu keçirib.
Msport.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Premyer Liqa təmsilçisinin heyətində Kennet Kalunqa, I Liqa kolllektivində isə İlham Hüseynov fərqlənib.







