featured-image-43210

“Araz-Naxçıvan”nın yaxşı komanda olduğunu bilirdik”.

Msport.az xəbər verir ki, bunu “Kəpəz”in kapitanı Ehtiram Şahverdiyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Premyer Liqanın XXI turunda “Araz Naxçıvan”nı (3:1) hesabla məğlub etdikləri oyunu dəyərləndirib. Matçın qəhrəmanı bildirib ki, rəqibləri yaxşı kollektivə malikdir: Oyunun gərgin və çətin keçəcəyini bilirdik. Lakin buna baxmayaraq, bütün oyunlara necə yanaşırdıqsa bu matça da çox ciddi şəkildə hazırlaşmışdıq. Çünki biz xal əldə edərək, azarkeşlərimizi sevindirmək istəyirdik. Bu matç sayəsində professional karyeramda ilk dəfə dubla imza atdım. Bu qollar məni sevindirdi. Çünki komandam qələbə qazandı və bir oyunda iki qol vurdum. Bunu əvvəldən də hiss etmişdim. Nə xoş mənə ki, komandamın qələbəsində pay sahibi oldum. Düzdür, bu, futboldur. Heç kim heç nədən sığortalanmayıb. Heç kim istəməz ki, komandasının məğlubiyyətində rol oynasın”.

Qeyd edək ki, “Kəpəz” turnir cədvəlində 20 xalla 9-cu pillədə dayanır.

Bənzər xəbərlər